hia.az
hia.az

Azərbaycanda qızıl bazarında vəziyyət necədir?

129 dəfə baxılıb 9-08-2023, 12:40

Azərbaycanda qızıl bazarında vəziyyət necədir?


Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir.

Bu barədə Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, hazırda qızıl bazarında durğunluq yaşanır.

"Qızıl bazarı başqa bazarlardan fərqli olaraq, qızılın qiyməti birjaya uyğun tənzimlənir. Son zamanlar birjada qızılın qiyməti stabildir. Bu səbəbdən qızıl məmulatlarının qiymətində ucuzlaşma və bahalaşma yoxdur.

T. Abbasquliyev qeyd edib ki, yerli bazarda qızıl-zinət əşyalarının 60-65%-i Azərbaycan istehsalıdır.

"Əlavə olaraq, ölkəmizə Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən, İtaliyadan, Çindən də qızıl-zinət əşyaları gətirilir. Ölkəmizdə qızıl bazarının 75-80% toy-nişan mərasimləriylə bağlıdır. Məhərrəmlikdə bu mərasimlər keçirilmədiyindən bazarda alıcılıq qabiliyyəti 65-70% aşağı düşür", - deyə o, qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi