hia.az
hia.az

“İnstagram” mesajlara məhdudiyyət qoydu

53 dəfə baxılıb 5-08-2023, 12:20

“İnstagram” mesajlara məhdudiyyət qoydu

“İnstagram” istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb.

Bu barədə “TechCrunch” məlumat verib.

İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq.

Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz.
“İnstagram”dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər.

“Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər”, - deyə “Meta”nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

Mənbə: Korrespondent.net


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi