hia.az

ABŞ Polşanın müdafiəsinə qalxdı: “NATO-nun hər qarışını “Vaqner”dən qoruyacağıq”

129 dəfə baxılıb 25-07-2023, 10:48

ABŞ Polşanın müdafiəsinə qalxdı: “NATO-nun hər qarışını “Vaqner”dən qoruyacağıq”

“Polşa NATO-nun üzvüdür. Buna görə də real təhlükə yaranarsa, ABŞ bu ölkə ərazisinin hər qarışını müdafiə edəcək”.

Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller videobrifinq zamanı bildirib.

“Polşa ilə müttəfiqliyimiz güclüdür. Polşa NATO-nun üzvüdür və lazım gələrsə, NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - deyə Miller qeyd edib.
Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə şikayət edib və “Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə bağlı narahatlıq keçirdiyini bildirib. Onun sözlərinə görə, muzdlular “Qərbə doğru” istiqamətlənmək, Varşava və Jeşuva ekskursiyaya getmək istəyirlər.

Mənbə: RBC-Ukrayna


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi