hia.az

Azad Cəfərliyə yeni vəzifə verildi

158 dəfə baxılıb 4-07-2023, 12:31

Azad Cəfərliyə yeni vəzifə verildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib.

Xidmətin ondan əvvəlki rəisi hazırda həbsdə olan Zakir Sultanov olub.

A.Cəfərli bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi