hia.az
hia.az

Dövləti idarə edənlərin qohumalrı

1 811 dəfə baxılıb 10-11-2014, 03:28

Dövləti idarə edənlərin qohumalrı

parlamentinsesi.az olaraq Resmixeber.info saytının məmurların qohumluq əlaqələri barədə araşdırmasını sizlərə təqdim edirik.

Bir çox rayonların icra başçıları birbaşa Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun, Nəqliyyat naziri Ziya Məmmədovun, General Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun atasıdır.
Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır Vəzifələrini itirmiş icra başçısından biri - Şamaxının sabiq icra başçısı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat İqbal Məmmədovun qardaşıdır.
İsmayıllıda kütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısı vəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur.
İmişlinin icra başçısı Vilyam Hacıyev qalmaqallı partiya sədri Hafiz Hacıyevin əmisi oğludur.
İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.
Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır. Onlar, həmçinin general Bəylər Əyyubovla qudadırlar.
Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə post tutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.
Saytın xəbərinə görə, Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır..
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.
YAP-çı deputat Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonunun prokurorudur.
Prezident Administrasiyasının şöbə müdiri, general Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə Milli Məclisin deputatıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da Milli Məclisdə deputatdır.
Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.
Salyan rayonunun sabiq icra başçısı Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.
Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.
“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı idi.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.
Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.
Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.
Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümovun qardaşı Radim Səlimov İsmayıllı rayon maliyə idarəsin rəisidir.
DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyevin qardaşı Ehtiram Əliyev Abşeron rayon DSMF- nın rəisidir.
“Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.
Balakən rayon icra başçısı İslam Rzayev DSMF- nun sədri Elman Mehdiyevin dayısıdır.
Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.
Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovdur.
Abşeron Sürücülük məktəbinin rəisi, Qanun-A MMC-nin direktoru, Xırdalan qəzetinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini General Novruzəli Orucovun, DİN Pasport İdarəsinin rəisi General Arzuman Əliyev, Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümovun qohumudur.
Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovun spiker Oqtay Əsədovla çox yaxın qohumluq əlaqəsinə malik olduğu bildirilir. Daha bir qohumluq əlaqəsi Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.
Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.
Abşeron rayon icra başçısı Zakir Fərəcovun yaxın qohumu Abşeron rayon MKTB-nin rəisi Hüseyin Həsənovdur.
Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Prezident Administrasiyasının işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.
Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.
Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyinin Zəlimxan Yaqubun oğludur.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavinidir.
Mingəçevir şəhərinin icra başçısı Niyazi Bayramov gənclər, idman və turizm naziri Azad Rəhimovun qudasıdır.
Şəmkirin yeni icra başçısı Alimpaşa Məmmədov Vergilər naziri Fazil Məmmədovun yaxın qohumudur.
Quba rayon icra başçısı Mübariz Ağayev Nəqliyyat Naziri Ziya Məmmədovun və DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyevin qohumudur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Milli Məclisin deputatıdır. Şeyxülislamın qudası Hacı Qalib Salahzadə də parlamentin üzvüdür.
Bu siyahının bir hissəsidir. Qohumluq əlaqələrini maksimum gizli saxlayanlar da çoxdur. Yəqin ki, oxucular bildikləri qohumluq əlaqələri barədə bizə daha ətraflı xəbər verəcəklər. Gələn araşdırmamızı izləyin. Ardı var..


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi