hia.az
hia.az

Tanınmış hakimin vəziyyəti pisləşdi - İşlərini dayandırdı

47 dəfə baxılıb 16-06-2023, 13:04

Tanınmış hakimin vəziyyəti pisləşdi - İşlərini dayandırdı

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətində problem yaranıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, İ.Qılıcovun icraatında olan bütün işlər xəstəliyi ilə əlaqədar başqa hakimlər arasında bölüşdürülüb. Hakim həkim tövsiyəsi ilə müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb, hazırda müalicə olunur.

Qeyd edək ki, 57 yaşlı İlqar Qılıcov 17 ildir ən üst instansiyada hakim kimi fəaliyyət göstərir.

O, bu günə qədər bir çox səs-küylü məhkəmə işləri ilə bağlı yekun qərarlar qəbul edib. Son olaraq Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə məhkum edilmiş Yunis Səfərov və digərlərinin, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovun da işi onun icraatına verilmişdi. İ.Qılıcov eyni zamanda "Tərtər işi" ilə bağlı sonradan bəraət alan hərbçilərlə bağlı ittihamedici hökmü də qüvvədə saxlayan hakimdir.

İlqar Qılıcov 2001-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Onun qardaşı Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisidir.

Azərbaycan Prezidentinin 2023-cü il 11 fevral tarixli sərəncamı ilə İlqar Qılıcov “Tərəqqi” medalı ilə təltif edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi