hia.az
hia.az

Sinan Oğanın həyat yoldaşı kimdir?

56 dəfə baxılıb 20-05-2023, 15:39

Sinan Oğanın həyat yoldaşı kimdir?

Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçki üçüncüsü olub.

Onun və ailəsi haqqında bəzi məlumatları təqdim edirik.

1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olub.

ATA İttifaqının namizədi Sinan Oğan 14 may seçkilərində əsas fiqurdur. Hamı ikinci turu həyəcanla gözlədiyi bir vaxtda biz də siyasətdən bir qədər uzaqlaşmaq qərarına gəldik və Sinan Oğan və Gökçen Oğan cütlüyünün haqqında bəzi məlumatlar əldə etdik.

Gökçen Oğan Ankaralı bir ailənin qızıdır. İbtidai, orta və lisey təhsilini Ankarada başa vuran Gökçen Qazi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Universitetdən sonra "Şanxay əməkdaşlıq təşkilatı və regional əməkdaşlıq təşəbbüsləri” adlı dissertasiya işi ilə magistr dərəcəsini tamamlayıb. Təhsilini başa vurduqdan sonra Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) işləməyə başlayıb. Bir çox araşdırma mərkəzinin Avrasiya məsləhətçisi olan Gökçen Oğanın "Şanxay Əməkdaşlıq Təşkilatı” adlı kitabı da var.

Oğan cütlüyünün Zeynep və Göktürk adlı iki övladı da var.

Sinan Oğan və Gökçen Oğanın sevgisi son zamanlar sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır və onların münasibəti insanlar tərəfindən xoş qarşılanır.\\AZXEBER.COM
Sinan Oğanın həyat yoldaşı kimdir?
Sinan Oğanın həyat yoldaşı kimdir?
Sinan Oğanın həyat yoldaşı kimdir?
Sinan Oğanın həyat yoldaşı kimdir?


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi