hia.az
hia.az

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu

188 dəfə baxılıb 4-09-2021, 14:34

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, A. Həşimova universitetin “Müalicə işi” ixtisasına qəbul olub.

Qeyd edək ki, şəhid generalın qızı bir müddət əvvəl verdiyi müsahibədə 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını bildirmişdi.

Xatırladaq ki, Polad Həşimov ötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi