hia.az
hia.az

İlham Əliyev: "Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam"

53 dəfə baxılıb 5-04-2023, 19:02

İlham Əliyev: "Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam"


"Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə deyib.

"Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik", - dövlət başçısı bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi