hia.az

Türkiyədə gəmi batdı - İtkin düşənlər var

105 dəfə baxılıb 5-04-2023, 15:19

Türkiyədə gəmi batdı - İtkin düşənlər var


Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.

Parlamentinsesi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib, 9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə ümumi təcili yardım çağırışı edib. Əraziyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib.

Məlumata görə, batanlar Suriya vətəndaşlarıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi