hia.az

Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak

117 dəfə baxılıb 3-04-2023, 11:53

Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak


Ermənistanın "Hraparak" nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında "əlbəyaxa" dava olduğu haqda məlumat yayıb.

Erməni mediası "öz mənbəsinə" istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə "əlbəyaxa dava" etdiyini iddia edib.

Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin "əlbəyaxa dava"sı deyil, erməniləri qabağına qataraq, Azərbaycan ərazisindən qovub çıxartdığı görünür.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətinə götürüb.

Axar.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi