hia.az
hia.az

Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - İDDİA

218 dəfə baxılıb 30-08-2021, 12:05

Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - İDDİA
İki gündür ki, Sədərək Ticarət Mərkəzində COVİD-19 virusunun yayıldığı iddia olunur. Bununla bağlı RealMedia.az-a məlumat verən etibarlı mənbə bildirir ki, SƏDƏRƏK TİCARƏT MƏRKƏZİ VİRUSUN TƏHLÜKƏ MƏNBƏYİNƏ ÇEVİRİLİB – İNSANLAR KÜTLƏVİ ŞƏKİLDƏ VİRUSA YOLUXUR.
İddia olunur ki, ticarət mərkəzində ümumi pandemiya və gigenik qaydalara əməl edilmir, maskadan istifadə olunmur. Bu səbəbdən də bazarda koronavirusa yoluxanların sayı sürətlə artır.
Mənbə iddia edir: “Sədərək” ticarət mərkəzi virusun əsasən mənbəyidir. Hazırda bazarın fəaliyyəti nəinki burda işləyən sakinlərin həyatı üçün, hətta bazara alış-veriş üçün girib çıxan insanların həyatınada təhlükə yaradır. Əgər ticarət mərkəzi bağlanıb dezinfeksiya olunmazsa, insanların koronavirusa yoluxma riski arzuolunmaz dərəcədə artacaq.”
Qeyd edək ki, “Sədərək” ticarət mərkəzində on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Bazarda yoluxma sayının qarşısı tez bir zamanda alınmazsa, koronavirusdan ölənlərin sayı da kütləvi şəkildə artacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi