hia.az
hia.az

"Qarabağ" "Gent"lə cavab oyununa çıxır

9 dəfə baxılıb 23-02-2023, 08:24

"Qarabağ" "Gent"lə cavab oyununa çıxır


"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

"Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var.

Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin "Qarabağ"a qarşı oynaması isə sual altındadır.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

23 fevral

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun - 0:1
Gent, "Gelamko Arena"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi