hia.az
hia.az

Ceyhun Bayramov və Çavuşoğlu dağıntılar olan ərazidə - YENİLƏNİB

94 dəfə baxılıb 11-02-2023, 18:17

Ceyhun Bayramov və Çavuşoğlu dağıntılar olan ərazidə - YENİLƏNİB


Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub.

Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir.

Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə bağlı Ceyhun Bayramova və Mövlud Çavuşoğluna məlumat verib.

Burdan sonra FHN tərəfindən quraşdırılmış mobil səhra hospitalına baş çəkəcəklər.

***

13:32

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD) ziyarət edib.

Bu barədə XİN məlumat yayıb. Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görülən işlərlə bağlı Azərbaycan XİN başçısı ilə müzakirələr aparıb.

***

12:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.

Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi