hia.az

Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb

138 dəfə baxılıb 6-02-2023, 13:46

Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.

Parlamentinsesi.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı deputat özü açıqlayıb.

Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı və övladları dağıntılar altında qalıb.

Yayman Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi