hia.az

Aqiyə Naxçıvanlının qardaşı komaya düşdü

126 dəfə baxılıb 21-12-2022, 14:29

Aqiyə Naxçıvanlının qardaşı komaya düşdü


Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib. Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.

Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.

Fotoda: Sağda Yusif Naxçıvanski
Aqiyə Naxçıvanlının qardaşı komaya düşdü


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi