hia.az

İmamoğlunun şərab içməsi tənqid olundu - VİDEO

141 dəfə baxılıb 21-12-2022, 13:57

İmamoğlunun şərab içməsi tənqid olundu - VİDEO


Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şərab içərkən çəkilən görüntüləri tənqidlərə səbəb olub.

İmamoğlunun görüntüləri sosial şəbəkələrin Türkiyə seqmentində istifadəçilər arasında qalmaqallı müzakirələrə yol açıb.

Belə ki, mühafizəkar və dindar kəsim, xüsusən iqtidar tərəfdarları İmamoğlunu tənqid ediblər. Sekulyar və müxalif insanlar isə burada pis bir şey olmadığını bildirərək, içki içməyi normal hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə bir neçə gün əvvəl keçirilən məhkəmə prosesində onun 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir. Müxalifət qüvvələri qərara etiraz olaraq İstanbulun Saraçhane meydanında ardıcıl və genişmiqyaslı aksiyalar keçirib.

Modern.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi