hia.az

Əfqanıstanda naməlum xəstəlik yayılıb: Uşaqları öldürür

140 dəfə baxılıb 21-12-2022, 11:08

Əfqanıstanda naməlum xəstəlik yayılıb: Uşaqları öldürür

Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

Bu barədə çərşənbə axşamı “Taliban” hökuməti tərəfindən yaradılmış yerli səhiyyə departamentinin rəhbəri məlumat yayıb.

Onun sözlərinə görə, əyalətin şərqində yerləşən Şadcoy rayonunda gündə ən azı 80 nəfər xəstələnir və artıq iki uşaq ölüb.

Sözügedən xəstəliyin növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.

Mənbə: TASS


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi