hia.az
hia.az

Ucarda 16 yaşlı qız ərə verildi

144 dəfə baxılıb 19-12-2022, 16:00

Ucarda 16 yaşlı qız ərə verildi


Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Parlamentinsesi.az "Report"a istinadən bürosu xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi