hia.az
hia.az

"Bölgələrdə fəaliyyət göstərən jurnalistlər kənarda qalmayacaqlar"

1 023 dəfə baxılıb 7-02-2015, 13:55

"Bölgələrdə fəaliyyət göstərən jurnalistlər kənarda qalmayacaqlar"

Bu il Azərbaycan mətbuatının 140 illik yubileyi ilə əlaqədar Mətbuat Şurası tərəfindən bölgələrdə bir sıra tədbirlər keçiriləcək. Jurnalistika sahəsində fərqlənən insanların da mükafatlandırılması gözlənilir. parlamentinsesi.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mətbuat Şurası ali media mükafatını da təqdim edəcək.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu işdə bölgələrdə fəaliyyət göstərən jurnalistlərin də kənarda qalmayacağını bildirib: "Biz çalışırıq ki, mükafatın coğrafiyası geniş olsun. Nəinki, Bakıda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində çalışanlar, həm də Naxçıvanda, Gəncədə və digər bölgələrdə olan jurnalistlər mükafatlandırılsınlar. Azərbaycan Mətbuat Şurası döyüş xəttinə yaxın olan rayonlarda çalışan jurnalistlərə də öz qayğısını artıracaq. Biz onlarla peşəkarlığın artırılması ilə bağlı işləməyi planlaşdırırıq. Bu tədbirlərin Novruz Bayramından sonra həyata keçirilməsi nəzərdə tutulur”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi