hia.az
hia.az

Mehdiyev Vasif Talıbovun adını eşidən kimi “otboy” verdi

64 dəfə baxılıb 1-12-2022, 14:10

Mehdiyev Vasif Talıbovun adını eşidən kimi “otboy” verdi


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev DTX-nin Naxçıvanda keçirdiyi son əməliyyatı, həbsləri şərh etmək istəməyib.

Parlamentinsesi.az xəbər verir ki, Musavat.com Naxçıvanda baş verənlərlə bağlı Ramiz Mehdiyevin mövqeyini öyrənməyə çalışıb.

Canlı efirdə telefon zənginə cavab verən AMEA-nın sabiq rəhbəri bu işlərdən uzaq olduğunu bildirib: “Bilirsiniz, mən bu işlərdən uzağam. Ona görə bir şey deyə bilmərəm sizə. Sağ olun”.

Daha sonra R.Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adını eşidəndən sonra dəstəyi asıb.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Həbs edilən şəxslər arasında Naxçıvanın maliyyə naziri Rafael Əliyev də var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi