hia.az
hia.az

Gəncədəki izdihamın səbəbi bu imiş - Video

101 dəfə baxılıb 25-11-2022, 16:01

Gəncədəki izdihamın səbəbi bu imiş - Video


Gəncədə əhalinin şəhərdə yerləşən binalardan birinin qarşısına toplaşmasını əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkə izləyicilərinin sözlərinə görə, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Videodan görünür ki, yüzlərlə insan izdihamla, növbəsiz şəkildə binaya daxil olmağa çalışır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: "Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi