hia.az
hia.az

Bakıda məşhur hotelin külli miqdarda vergi borcu var: Ödəmələrdən yayınıb

88 dəfə baxılıb 17-11-2022, 12:46

Bakıda məşhur hotelin külli miqdarda vergi borcu var: Ödəmələrdən yayınıb


Bakının məşhur hotellərindən sayılan “Excelsior” məhkəməlik olub.

“Qafqazinfo”nun məlumatına görə, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Belə ki, “Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təsdiqini taparsa, bu zaman “Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabrın 25-nə təyin olunub.

Onu da əlavə edək ki, hazırda “Excelsior”un vergi borcu da var. Bu 75 931 manat təşkil edir.

Qeyd edək ki, hotelin qanuni təmsilçisi Rəhimov Elvin Fazil oğludur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi