hia.az

Soçi danışıqları: Paşinyanın növbəti uğursuzluğu

167 dəfə baxılıb 1-11-2022, 11:59

Soçi danışıqları: Paşinyanın növbəti uğursuzluğu


Caliber.Az Soçi danışıqlarının bəzi təfərrüatından xəbər tutub. Belə ki, əldə olunan məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun bəyanatında əks etdirmək istəsə də, buna nail ola bilməyib.

Üstəlik, Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma bu cəhd də uğursuz olub.

Ermənistan tərəfi öz bəndlərini sənədə daxil edə bilməyəcəyini anladıqdan sonra birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Əks halda bu, ev sahibi ölkəyə – Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.

Yekun bəyanatda “status”la bağlı qeyd yoxdur. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi