hia.az
hia.az

"Jurnalist sualı təxribat məqsədilə verirdi" - Çingiz Abdullayev

162 dəfə baxılıb 28-10-2022, 20:26

"Jurnalist sualı təxribat məqsədilə verirdi" - Çingiz Abdullayev


“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm?"

Bunu sosial şəbəkə hesabında Xalq yazçısı Çingiz Abdullayev yazıb.

"Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, - deyə Ç.Abdullayev paylaşımında bildirib.

Xatırladaq ki, Xalq yazçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunur. O, jurnalistin qurultay üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə sualına cavabında “utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” deyə reaksiya verib.
"Jurnalist sualı təxribat məqsədilə verirdi" - Çingiz Abdullayev


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi