hia.az

SOCAR-dan “Happy Yusifzadeh” ilə bağlı AÇIQLAMA

195 dəfə baxılıb 28-10-2022, 20:15

SOCAR-dan “Happy Yusifzadeh” ilə bağlı AÇIQLAMA


Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda “Happy Yusifzadeh” kimi qeyd edilib.

Məsələyə SOCAR münasibət bildirib. Qurumun rəsmi feysbuk səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur: “Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.

Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi