hia.az
hia.az

Türkiyədə məktəbin qarşısında silahlı qarşıdurma: 2 şagird öldü, 13-ü yaralandı

84 dəfə baxılıb 24-10-2022, 23:34

Türkiyədə məktəbin qarşısında silahlı qarşıdurma: 2 şagird öldü, 13-ü yaralandı


Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonunda məktəbin qarşısında silahlı atışma baş verib.

Dərs vaxtı liseyin qarşısında iki qrup arasında silahlı dava düşüb. Atışma zamanı güllələr yoldan keçən tələbə avtobusunda olan Ömər Faruk Çınar (16) və Sümeyye Yetenə (16) dəyib. Qarşıdurmada 13 nəfər yaralanarkən rayonda genişmiqyaslı araşdırmalara başlanılıb.

Hadisə saat 16.30 radələrində Yenişehir rayonunda İbn-i Sina Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. İddialara görə, məktəbin qarşısında iki düşmən qrup arasında baş verən mübahisə qısa zamanda silahlı toqquşmaya çevrilib.

Məktəbdən çıxarkən tərəflərin bir-birlərinə atdıqları silahlardan açılan güllələr evə getmək üçün tələbə avtobusuna minən Sümeyye Yeten və Ömər Faruk Çınara və aralarında tələbələrin də olduğu daha 13 nəfərə dəyib.Silah səsləri ətrafda çaxnaşma və qorxu yaradıb. Əraziyə polis qrupları cəlb olunub. Yaralılar Viranşehir Dövlət Xəstəxanasına aparılıb.

Xidmət mikroavtobusunda evə gedərkən güllələrə tuş gələn Ömər Faruk Çınar və Sümemme Yeten həyatını itirib. Müalicə olunan 13 yaralıdan 2-nin həyati təhlükəsinin olduğu öyrənilib. Bədbəxt tələbələrin meyitləri yarılma üçün meyitxanaya aparılıb. Silahlı döyüşün ardından polis qrupları rayon daxilində geniş tədbirlər aldı. İstintaq davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi