hia.az
hia.az

Prezidentin səfərində bu mövzular müzakirə ediləcək

63 dəfə baxılıb 24-10-2022, 14:59

Prezidentin səfərində bu mövzular müzakirə ediləcək


İşgüzar səfər çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli əlaqələrin gündəliyində olan bütün vacib məsələləri müzakirə etmək fürsəti olacaq.

Bunu Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, görüşdə hər iki ölkənin regionda sülh və sabitliyin təmin edilməsindəki rolu müzakirə ediləcək.

"Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Bildiyiniz kimi, Gürcüstan və Azərbaycanın yaxın strateji tərəfdaşlığı, yaxşı qonşuluq münasibətləri var. Səfər çərçivəsində Gürcüstanın Baş naziri və Azərbaycan Prezidenti bir tərəfdən ikitərəfli əlaqələrimizin bütün vacib məsələlərini müzakirə etmək fürsəti əldə edəcək. İkitərəfli əlaqələrimizlə bağlı genişmiqyaslı məsələlər var və bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün fürsət olacaq. Müzakirə ediləcək digər vacib mövzu isə regional çağırışlar fonunda iki ölkənin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğu və çoxtərəfli formatlarda, regional çağırışlar fonunda mövcud olan bütün məsələlərdir”, - deyə XİN başçısı bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi