hia.az
hia.az

“Azərbaycan Dəmir Yolları” QSC CƏRİMƏLƏNDİ

228 dəfə baxılıb 11-08-2021, 10:44

“Azərbaycan Dəmir Yolları” QSC CƏRİMƏLƏNDİ
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin "Dəmiryolservis” MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Parlamantinsesi.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən tərtib edilən protokol baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi