hia.az
hia.az

Paşinyan Praqaya sülh sazişinin ilkin versiyası ilə gedir?

136 dəfə baxılıb 29-09-2022, 15:08

Paşinyan Praqaya sülh sazişinin ilkin versiyası ilə gedir?


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-sı Praqaya səfər edəcək.

Parlamentinsesi.az “Past” qəzetinə istinadən xəbər verir ki, Nikol Paşinyanın sözügedən sammitə Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin variantı ilə qatılacağı gözlənilir.

Bildirilir ki, sentyabrın 27-si Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sözügedən sazişin ilkin variantları müzakirə olunub.

Xatırladaq ki, Hikmət Hacıyev də öz növbəsində mətbuata açıqlamasında görüşdə müzakirə olunan məsələləri açıqlayıb. O bildirib ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - Hikmət Hacıyev qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi