hia.az
hia.az

Mələk qəlbli insan – Leyla Əliyevaya doğum günü münasibətilə təşəkkür və təbrik

0 dəfə baxılıb Bu gün, 14:24


Bu gün Azərbaycan cəmiyyətinin ən nəcib simalarından biri – Leyla Əliyevanın doğum günüdür. Onun insanlara sevgi və mərhəmətlə yanaşması, xüsusilə də ehtiyacı olanlara göstərdiyi diqqət və qayğı bir çox ailələrin həyatına ümid işığı bəxş edib. Biz – ailəmiz və Patriot News.az saytı olaraq bu münasibətlə Leyla xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uğurlar və yeni xoş başlanğıclar arzu edirik.

Mənim şəxsi həyatımda Leyla xanımla tanışlıq 2019-cu ildə Moskvada AMOR-un 10 illik yubiley tədbirində baş tutdu. Həmin gün onunla olan söhbətimiz heç vaxt yadımdan çıxmayacaq. Mənim Azərbaycan zabiti olduğumu öyrənən kimi, Leyla xanım silahlı qüvvələrimiz, ordumuz, vətənpərvərlik mövzusunda səmimi və dərin maraqla söhbətə başladı. Bu, onun ölkəmizin hər bir övladına, xüsusilə də torpaqlarımızı qoruyanlara olan böyük hörmət və sevgisinin bariz nümunəsi idi.

O görüş zamanı ailəmizin yaşadığı çətinlikdən – oğlum Əliyev Məmmədrzanın ağır onkoloji xəstəlikdən əziyyət çəkməsindən və təcili əməliyyata ehtiyac duyduğundan söz açdım. Leyla xanım dərhal məsələ ilə maraqlandı və Heydər Əliyev Fondunun dəstəyi ilə oğlumun əməliyyat olunması üçün göstəriş verdi. Bu, bizim ailəmiz üçün həyatımızın dönüş nöqtəsi oldu. Şükürlər olsun ki, bu gün oğlum 2-ci qrup əlil olsa da yaşayır və hələ də Fondun diqqət və qayğısı ilə əhatə olunub.

Leyla xanımın insanlara mələk qəlbi ilə yanaşması, daim ehtiyacı olanların yanında olması və gördüyü işləri təmənnasızlıqla etməsi onun nə qədər qayğıkeş və böyük ürək sahibi olduğunu göstərir. Bu əməllər yalnız xeyirxah bir insanın deyil, həm də əsl vətəndaşın xarakter xüsusiyyətləridir.

Patriot News.az olaraq da Leyla xanıma xüsusi minnətdarlığımızı ifadə edirik. Saytımızın fəaliyyətə başlamasında, informasiya sahəsində fəaliyyət göstərməyimizdə onun mənəvi dəstəyi və inamı həlledici rol oynayıb. "Patriot"un həyat üzü görməsində Leyla xanımın müstəsna rolu danılmazdır.

Əziz Leyla xanım, bu doğum gününüz münasibətilə sizə və bütün sevdiklərinizə can sağlığı, səadət, güc və ilham arzu edirik. Sizin kimi insanlar bu dünyanı daha gözəl və daha yaşanılacaq bir məkana çevirirlər. Minnətdarıq ki, varsınız!

Dərin hörmətlə və təşəkkürlə:
Qarabağ qaziləri İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini , Patriot News.az saytının baş redaktoru Ceyhun Əliyev


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi