hia.az
hia.az

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir

1 dəfə baxılıb Bu gün, 09:57

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir

Bu il Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində ümumilikdə 75 hərbi təyyarə iştirak edir.

"Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin (THQ) əməkdaşı Fetek Karakuş təlimlə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təlimə THQ-nin 45, digər ölkələrin isə 30 hərbi təyyarəsi qatılıb:

"Azərbaycan isə iki "SU-25" təyyarəsi ilə təlimdə iştirak edir".

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi