hia.az
hia.az

Bakıda 17 yaşlı qız zorla ərə verilir - DİN araşdırmaya başladı

194 dəfə baxılıb 28-09-2022, 14:26

Bakıda 17 yaşlı qız zorla ərə verilir - DİN araşdırmaya başladı

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə jurnalist Rahil Sayadoğlu paylaşım edib. O, 17 yaşlı qızın onların qaynar xətlərinə mesaj vasitəsi ilə müraciət etdiyini vurğulayıb:

"Qaynar xəttimizə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı mesaj gəlib. Qız 11-ci sinifdə oxumalıdır. Amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. 2 həftə sonra da toyları olacaq. Toya az qalıb, amma qız taleyi ilə barışmır. "Mən evlənmək yox, oxumaq istəyirəm" deyir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırmalara başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi