hia.az
hia.az

Azərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində

248 dəfə baxılıb 10-08-2021, 11:50

Azərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində
Türkiyənin paytaxtı Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib.

Medianın İnkişaf Agentliyinin (MEDİA), “Anadolu” Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təlimlərin ən önəmli tərəfi 60 faiz praktiki hissədən ibarət olmasıdır.

Dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər. Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi