hia.az
hia.az

"30 yaşında kişiləri evinə salır..." - Flora Afətdən DANIŞDI

100 dəfə baxılıb 8-09-2022, 16:44

"30 yaşında kişiləri evinə salır..." - Flora Afətdən DANIŞDI


"Yubileyim haqqında 3 saatlıq bədii sənədli film təqdim olunacaq. Yaxın günlərdə filmin prezentasiyası baş tutacaq. Filmin adı “Flora”dır".

Bunu “Unikal”a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Müğənni bildirib ki, hazırda nəvəsinin yolunu gözləyir:

“Sentyabrda qızım və onun ailəsi gələcək. Oğlumdan iki böyük nəvəm var. Böyük nəvəm Faiqin azərbaycanlı qızla evlənməsini istəyirəm. Qızımdan olan balaca nəvəm isə dörd aylıqdır. Səbrsizliklə onun yolunu gözləyirəm. Bütün günü onun şəkili ilə oynayıram. İlk nəvələrimi oğlumdan görmüşəm, bu da ahıl yaşıma düşdü. Azərbaycan dilini, musiqisini eşidən kimi, sevinir. Qızım deyir ki, bu müğənni olacaq. Düzü, mən qızımın müğənni olmasına icazə vermədim, ancaq nəvəmin müğənni olmasında dəstək olacam".

Xalq artisti həmçinin müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri məhkəmə tərəfindən əsassız hesab edərək icraata qəbul etməsindən də danışıb:

“Bu qız (Afət Fərmanqızı – red.) başıma bəla oldu. Onu məhkəməyə dəvət etdilər, lakin gəlmədi. Sonda Afəti axtarışa verdilər. Şikayətçi deyilsən? gəl, görək də nədir dərdin? Səni qanun çağırır ki, gəl, gəlməlisən. Demirsən Flora pis adamdır, gəl sübut elə. Qorxursansa, sübut edə bilmirsənsə, dilini sakit saxlayardın. Evini, maşını, məclislərini atıb gedib Rusiyaya. Allah bilir indi o, Rusiyanın hansı ucqar şəhərdindədir. Eşitdiyimə görə, çətin dolanır. Məncə ola bilər, özgə ölkədə qazancı yox, haqışta deyə-deyə Rusiyada nə qazanacaq? Mən deyilənlərə inanıram. Çünki xaricdə yaşamaq, dolanmaq çətindir. Onun bu halına ürəyim yanır. Həyatına qiymət verməyən qadınlara ürəyim yanır. Yazığım gəlmir, sadəcə ürəyim yanır. Axı, sən bunu eləməyə bilərdin. Bir müddət mən onun dediklərinə susdum. Dedim, anadır, qadındır anlayar. Bəlkə mənim sakit münasibətim onu pıçıldadıkı, Flora partlayanda bərk partlayır. Bunların heç birini nəzərə almadı. Ondan sonra dedim ki, qoy məni məhkəməyə versin. İndi vermisən məhkəməyə. İşlər başlayan kimi qaçdın. Məndə sənin sözündən çıxmadım, sənin ürəyindən keçəni həyata keçirdim. İndi məhkəməyə niyə gəlmirsən, cavab vermirsən. Cavab ver, sonra da qanun nə yazsa, qismətini yaşa. Sonra da ölkəni rahat şəklində gəz. O, mənim səssizliyimdən istifadə etdi. Sənə nə olub? Özündə yaxşı bilirsən ki, yalan danışırsan, Orada-burada neçə dənə nakout açdırır, söydürür. Tək məni deyil, sənət dostumuz Nazənin xanımı söydürür. Bunu niyə edirsən? Bizimlə nə işin var. Nazənin xanımla dostluq elədi, paltarını geyindi, yaxın oldu, onun evinə getmisən və qürurla deyirdi ki, evli xanımla dostluq edirəm. Getdiyim yer elə-belə yer deyil. Sonra da başlayırsan arxasıyca danışmağa. Burada yanan sənsən, yediyin çörəyə tüpürdün. Mən sənə nə pislik etmişəm? “Nəsimi” ni elə oxumazdı. Mənim bir musiqiçi kimi ixtiyarım, nüfuzum var ki, buna münasibət bildirim. Mən bu millətin xalq artistiyəm. Bu ad hər hansı bir mahnıya fikir bildirməyə ixtiyar verir. Sən isə mənə dişinin dibindən çıxanı deyirsən. Bilmirsən ki, dediklərinin arxasında dayanmaq lazımdır? Mənim övladlarım var, həmişə deyirəm ki, bir evin oğlu var, gəlini –qızı var, nə vaxta kimi mən susum?! Çox gözləyirlər ki, mən bu dünyadan köçüm, o dərdi, ağırlığı, təhqirləri övladlarıma saxlayım? Xalq övladlarına mal-mülk, ziynət qoyur mən isə söyüş qoyum? Elə şey olar, özü də mənim kimi ana. İndiyə kimi bu ad üçün mübarizə aparmışam. 30 yaşında kişiləri evinə salır, özü bilir ki, nələrdən çıxır. Utanmırsan?! Mən sənə bunu bağışlayaram? İndi haradasa gedir parkda gəzir, hansısa heyvan heykəlinin başında oturub yazır ki, “Aparın məni Azərbaycana”. Sən Azərbayacana gələ biləcəksən? Gəlsəndə cavab verməlisən. Qanunla nə deyirlər, onu burada icra elə, yatmaq lazımdır get yat, durmaq lazımdır dur qanun nə desə odur. O, boyda söyüşlərə qanun nə qərar versə onu da et. Sonra da həyatını yaşa. Kim sənə nə deyir. Ancaq bir adam haqqında danışarkən düşünmək lazımdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi