hia.az
hia.az

Azərbaycanda "Media Araşdırmaları və Monitorinq Mərkəzi" yaradıldı

123 dəfə baxılıb 25-08-2022, 12:08

Azərbaycanda "Media Araşdırmaları və Monitorinq Mərkəzi" yaradıldı


2016-cı il 29 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin 27 iyul 2022-ci il tarixində növbəti ümumi yığıncağı baş tutub.

Ümumi yığıncaqda idarə heyəti qərara alıb ki, təşkilatın adında və nizamnaməsində dəyişiklik edilsin.

Belə ki, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin idarə heyəti təşkilatın adında və nizamnaməsində dəyişiklik edərək, “Media Araşdırmaları və Monitorinq Mərkəzi" İctimai Birliyi adlandırılmasına qərar verib. Mərkəzin sədri ümumi yığıncağın yekdil səsverməsiylə Zaur Qəriboğlu seçilib.

Bundan sonra təşkilat dünyada və Azərbaycan mediasında ölkəmizlə bağlı müxtəlif mövzuları araşdıracaq və monitorinqini təşkil edəcək.

Dünyada Azərbaycana qarşı ikili standartların aradan qaldırılması istiqamətində, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz töhvəsini verəcək. Yeni təşkilat nizamnamədən irəli gələrək ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən qeyri -hökumət təşkilatları, beynəlxalq qurumlarla əlaqələr qurmağı, yeni layihələr həyata keçirməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar təşkilat müxtəlif seminarlar, kurslar, dəyirmi masa və görüşlər təşkil etməyi də planlaşdırır.

Mərkəzin sədri Zaur Qəriboğlu bildirib ki, yeni yaranan təşkilat media araşdırmaları və monitorinqi sahəsində beyin mərkəzi kimi formalaşacaq.

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyi kimi qarşıya qoyulan məqsədlər üçün var gücü ilə çalışacaq. Əvvəlki adımızla da biz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün kifayət qədər mühüm işlər görmüşdük. Xüsusi olaraq, "İrəvan-2018" Hərəkatı, və "İrəvan-2018" saytının yaradılmasını qeyd etmək istəyirəm.

Bundan sonra yeni yaradılan təşkilatla da bu istiqamətdə işlər aparacaq, media araşdırmaları, monitorinqlər həyata keçirəcəyik.

Qeyd edək ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin ümumi yığıncağının qərarı ilə adında və nizamnaməsində edilən dəyişikliklər 23 avqust 2022 – ci il tarixində Ədliyyə Nazirliyinin Dövlət notariat baş idarəsində Dövlət reyestrinə daxil edilmişdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi