hia.az
hia.az

Azərbaycan Prezidenti: “Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz”

140 dəfə baxılıb 22-08-2022, 17:27

Azərbaycan Prezidenti: “Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz”


Azərbaycan Prezidenti Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də Oyunlarda birinci yer tutması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında, bu Oyunların keçirilməsinin böyük təşkilatçılıq məsələlərini də əhatə etdiyini bildirərək Bakıda keçirilən İslamiadanı xatırladıb.

“Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir”, - deyə dövlət başçısı əlavə edib.

Prezident idmançılarımız bu medalları qürur hissi ilə daşıyacaqlarına əmin olduğunu deyib:

“Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi