hia.az
hia.az

Siyəzəndə yanğın lokallaşdırılıb - YENİLƏNİB

104 dəfə baxılıb 20-08-2022, 22:47

Siyəzəndə yanğın lokallaşdırılıb - YENİLƏNİB


“Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var”.

“Report” xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə iki hektar meşə fondu ərazisinə ziyan dəyib:

“Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib”.

13:56

“Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib”.

“Report” xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:

“Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb. Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi