hia.az

Prezident erməni təxribatından DANIŞDI

189 dəfə baxılıb 5-08-2022, 11:59

Prezident erməni təxribatından DANIŞDI


"Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub”.

Bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını alıb, lazımi cavab tədbirləri görüb və baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi