hia.az
hia.az

Qarabağ ərazisi iqtisadiyyatımızda mühüm yer tutacaq

370 dəfə baxılıb 16-04-2021, 13:07

Qarabağ ərazisi iqtisadiyyatımızda mühüm yer tutacaq

Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərkən bir çox rayonlarda beton istehkamların, kazarmaların, sığınacaqların aşkar edilməsi, onların qurulması üçün illərlə milyonların xərclənməsi ermənilərin münaqişənin uzadılmasında maraqlı olduğuna bariz nümunədir. Aydın görünür ki, Ermənistan münaqişənin həllini istəməyib, ərazilərdə milyonluq istehkamlar qurmaqla torpaqlarımızı daim işğal altında saxlamaq fikrində olublar.
44 günlük Vətən müharibəsi dövründə işğalçı dövlətin həm də müharibə cinayətləri törətməsinə nəinki biz, bütün dünya şahid oldu. Ermənilər günahsız mülki insanları yandırdılar, öldürdülər, kəndləri dağıdıb xaraba qoydular, dinc əhalinin yaşadığı yaşayış mərkəzlərini gecə, gündüz demədən raket atəşinə tutdular. Təkcə ərazisinə görə balaca şəhər olan Tərtərə 16 min bomba atılıb. Bombaların atılması zamanı qəbrüstündə dini mərasimə toplaşan əhali zərər gördü. Naftalanda isə dinc əhali – bir ailənin beş üzvü dünyasını dəyişdi. Onlar Birinci Qarabağ müharibəsində də çox vəhşiliklər, müharibə cinayətləri törətmişdilər. Sadəcə o vaxt internet resusrsları olmadığı üçün işğalçıların işğal siyasətini və etdikləri vəhşilikləri lazımınca dünya ictimaiyyətinə çatdıra bilmədik. O zamankı idarəçilik də indiki kimi deyildi. 44 günlük Müharibə bütün dünyaya qəhrəman, mübariz xalq olduğumuzu, güclü, peşəkar orduya malik olmağımızı və ən əsası ölkəyə rəhbərliyin etibarlı əllərdə olmasını göstərdi.
Üçtərəfli görüş nəticəsində sülh müqaviləsi bağlansa da, Ermənistan ara-sıra verdiyi sözə xilaf çıxır. Ermənistan Ordusunun Rusiya ilə modernləşdirilməsi planları suallar doğurur. Aydın məsələdir ki, Ermənistan ordusu yoxdur, mənən sarsılıblar. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, hər hansı bir revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.
Hazırda işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri gedir. Dədə-baba torpaqlarından uzaq düşmüş hər bir vətəndaş işğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyir, quruculuq işlərində yaxından iştirak etmək arzusundadırlar. Bütün baş verənlər hər bir vətəndaşın yaddaşında silinməz izlər buraxacaq. Onlar da ağı qaradan seçməyi yaxşı bacaracaqlar, ehtiyatı əldən verməyəcəklər. Tarixçilərimizin də üzərinə böyük məsuliyyət düşür. Qədim Azərbaycan tarixi mövzusu yenidən işlənməlidir. Azərbaycanın tarixi torpaqları, işğala məruz qalmış ərazilər barədə gənc nəslə ətraflı məlumat verilməlidir ki, xalqımız bir daha belə hadisələrlə qarşılaşmasın. Zamanında bizə ən yaxın dost kimi təqdim olunmuşdu Ermənistan. Əli millətimizin qanına bulaşmış şaumyanlar isə qəhrəman kimi sırınmışdı bizlərə.
İllərdir torpaqlarımız ətrafında baş verənlər həm də xarici dövlətləri ölkəmizə daha yaxından tanıtdı, hansı ölkənin bizə necə münasibətdə, hansı mövqedə olmasını öyrəndik.
Məsələn İtaliya münaqişə başlanan vaxtdan həmişə Azərbaycana dəstəyini ifadə edib, indi də abadlıq-quruculuq işlərində yaxından dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Xəzəryanı qonşu dövlətlərlə əlaqələrimiz normaldır, bu da sabitlik üçün əsas faktorlardan biridir. Çünki ölkədə aparılan abadlıq-quruculuq işləri və xarici dövlətlərin ölkəyə sərmayə yatırması üçün əsas şərtlərdən biri sabitlikdir. Hazırda Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib.
Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İravana qayıtmayaq? Mənə elə gəlir ki, bu açıqlamada Azərbaycanın mövqeyi açıq-aydın görünür. Hazırda Azərbaycanla Ermənistan arasında bundan sonrakı əlaqələr çoxları üçün maraqlıdır. Azərbaycan və Ermənistan arasındakı qarşılıqlı əlaqə istəkdən və siyasətin müdrikliyindən asılıdır. İnanırıq ki, Qarabağ iqtisadiyyatımızda mühüm yer tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqəli işlərə artıq başlanılıb. Orada qeyri-enerji sektoruna daha çox investisiyaları əlb etmək üçün biznes imkanları var.
Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə yaşayan bütün müllətin oğulları sılaha sarılaraq ərazilərimizin işğaldan azad edilməsində şücaət göstərdilər.
Ermənistandan fərqli olaraq Azərbaycan mülki əhaliyə qarşı humanizm münasibət göstərib. Erməni tərəfdən mülki əhali arasında 40 təlafatın olması buna sübutdur.
Azərbaycan hazırda İsgəndər-M raketi ilə bağlı rəsmi açıqlama gözləyir. İnanırıq ki, bu hadisəni gizlətmək uzun vaxt apara bilməyəcək, necə deyərlər cidanı çuvalda gizlətmək olmaz. Azərbaycanın səsi haqq səsi, əməli haqq əməli idi. 44 günlük Müharibədə biz işğal altında qalan ərazilərimiz uğrunda döyüşə qatıldıq və məqsədimizə nail olduq, 30 il işğalda qalmış torpaqlarımız işğaldan azad edildi. İndi Azərbaycan azad olunmuş, ermənilər tərəfdən xarabazara çevrilmiş torpaqları tezliklə cənnət-məkana çevirmək planları ilə məşğuldur. Arxasında yumruq kimi birləşən güclü xalqı və Ordusu dayanan Ali Baş Komandanımız tezliklə bu işin öhdəsindən də gələcək. O gün uzaqda deyil...
Mənsim Mənsimov,
Masallı şəhər sakini


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi