hia.az
hia.az

ARDNF-in builki büdcəsi dəyişdi

96 dəfə baxılıb 22-07-2022, 20:31

ARDNF-in builki büdcəsi dəyişdi


Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud 9,3% azaldılaraq 12 789,7 milyon manatdan 11 597,1 milyon manata endirilib.

Son nəticədə ARDNF-in büdcəsinin qalığı 4 192 milyon manat təşkil edəcək ki, bu da onun aktivlərinin təxminən 2,5 milyard ABŞ dolları artmasına şərait yaradacaq (qüvvədə olan proqnoz 2,2 milyard manat kəsir olub).

Bundan başqa, ARDNF-dən büdcəyə builki transfertlər 1 192,5 milyon manat və yaxud 9,4% azaldılaraq 12 710 milyon manatdan 11 517,5 milyon manata endirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi