hia.az
hia.az

Bu rayonlarda qaz olmayacaq

162 dəfə baxılıb 21-07-2022, 15:16

Bu rayonlarda qaz olmayacaq


Bu gün Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətin yaranma ehtimalı mümkündür.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Buildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə, iyulun 21-də saat 11:00-dan etibarən təmir işləri başa çatanadək “Oğuz” Qazpaylayıcı Stansiyadan (QPS) qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatı dayandırılması planlaşdırılır.

Təmir müddətində Oğuz rayonun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi