hia.az
hia.az

Qurban bayramında ətin qiyməti bahalaşacaq? - VİDEO

177 dəfə baxılıb 29-06-2022, 13:49

Qurban bayramında ətin qiyməti bahalaşacaq? - VİDEO


Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanların qiymətinin bayram ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.

Tovuz bazarındakı satıcılar “Xəzər Xəbər”ə bildiriblər ki, yemin qiymətindəki artım satışa təsir edib.

Mingəçevir bazarında isə qəssablar qeyd ediblər ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.

Satıcılar bildiriblər ki, 14-15 kiloqramlıq quzuların qiyməti 190-200 manatdır.

Qeyd ediblər ki, quzu ətinin bir kiloqramının qiyməti 13 manat, erkək ətinin qiyməti isə 12 manatdır.

Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada “Kənddən şəhərə” qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntəqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.

Daha ətraflı süjetdə:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi