hia.az
hia.az

Nazirlər Kabinetindən YENİ QƏRAR

169 dəfə baxılıb 28-06-2022, 14:30

Nazirlər Kabinetindən YENİ QƏRAR


Nazirlər Kabineti “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 24 dekabr 2012-ci il tarixli, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 6 fevral 2019-cu il tarixli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Elektron prokurorluq” informasiya sistemi “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na daxil edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi