hia.az
hia.az

Bu şirkət Azərbaycana uçuşlarını yenidən dayandırdı

181 dəfə baxılıb 11-06-2022, 13:58

Bu şirkət Azərbaycana uçuşlarını yenidən dayandırdı


"Ural Hava Yolları” şirkəti Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.

Bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilir ki, qərar Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədər verilib.

Aviaşirkət iyul ayında Azərbaycanla yanaşı, Ermənistana, Qazaxıstana, Özbəkistana nəzərdə tutulan uçuşlarını ləğv edib.

Şirkətin məlumatında qeyd olunub ki, ancaq Kamçatkadan Sankt-Peterburqa olan reyslər işləyəcək.

Qeyd edək ki, mart ayında (5-26 tarixlərində) bu aviaşirkət Azərbaycana uçuşlarını dayandırmışdı.

Xatırladaq ki, “Ural Hava Yolları” şirkəti Azərbaycana Jukovsk, İrkutsk, Yekaterinburq, Kaluqa, Perm, Omsk, Krasnoyarsk, Novosibirsk, Nijni Novqorod, Samara və Mineralnıye Vodı şəhərlərindən birbaşa uçuşlar həyata keçirirdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi