hia.az
hia.az

Bakıda qanunsuz parkinq yaradılan ərazidə səki bərpa edildi - FOTO

167 dəfə baxılıb 8-06-2022, 15:03

Bakıda qanunsuz parkinq yaradılan ərazidə səki bərpa edildi - FOTO


Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinqin sökülmə işləri başa çatıb.

Sözügedən ərazidə səki tam bərpa edilib. Həmin ərazidə yenidən ağac əkiləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmışdı.
Bakıda qanunsuz parkinq yaradılan ərazidə səki bərpa edildi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi