hia.az

Polis zabiti toyda məhkəmə katibini döydü

173 dəfə baxılıb 6-06-2022, 14:07

Polis zabiti toyda məhkəmə katibini döydü


İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

Parlamentinsesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi