hia.az
hia.az

Bu il Azərbaycandan həcc ziyarətinə neçə nəfər gedəcək?

112 dəfə baxılıb 30-05-2022, 16:21

Bu il Azərbaycandan həcc ziyarətinə neçə nəfər gedəcək?


Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başa çatıb.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov bildirib. Onun sözlərinə görə, ziyarət üçün Azərbaycana ayrılan 680 nəfərlik kvota dolub.

Qeyd edək ki, həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna mayın 25-dən başlanılıb. Azərbaycanda həcc ziyarətinin qiyməti bu il 9 106 manat müəyyən olunub.

Səfərin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılıb. Sənəd qəbulunun iki həftə ərzində yekunlaşacağı deyilsə də, kvota dolduğu üçün proses dayandırılıb.

Builki ziyarət qiyməti 2020-ci ildəki məbləğdən 860 dollar çoxdur. Həmin vaxt həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilsə də, pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi