hia.az
hia.az

"Pulu nə qədər çox versək..." - Samir Şərifov

279 dəfə baxılıb 25-05-2022, 17:42

"Pulu nə qədər çox versək..." - Samir Şərifov


“Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Daxili mənbələrdən buna təsir göstərə bilərik".

Bunu maliyyə naziri Samir Şərifov "2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur:

"Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi