hia.az

Şəkidə sel fəsadlar törədib

386 dəfə baxılıb 25-05-2022, 12:35

Şəkidə sel fəsadlar törədib


Şəkidə leysan fəsadlar törədib.

Mayın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava Şəki rayonun Cəfərabad kəndi ərazisindən keçən Böyük Dəhnə çayında daşqına səbəb olub.

Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.

Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub.

Səhər saatlarından müvafiq qurum nümayəndələri əraziyə cəlb edilib.

Mülkü müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsilə ərazidən kənarlaşdırması prosesinə başlayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi